Priqojin Putini hədələdi: “Vaqner” rəhbəri video yayacağını açıqlayıb - VİDEO

Dünya

09.05.2023 - 13:52

cedabet dərman SEO Xidməti

Şirkət rəhbəri cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacağı ilə bağlı Rusiya liderinə ultimatum verib

“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə ultimatum verib. AYNA-nın xəbərinə görə, yayımladığı videoda o, Moskvada keçirilən parad başa çatandan sonra döyüş sursatı ilə təmin olunmasa, cəbhədəki acınacaqlı vəziyyətlə bağlı əsl həqiqəti söyləyəcək video yayımlayacağını bildirib.

“Biz tam videonu göstərəcəyik. Orada döyüş sursatı ilə bağlı vəziyyəti deyəcəyəm. Parad başa çatdıqdan sonra... Əgər döyüş sursatı alsaq, videonu yaymayacağıq”, – Priqojin Putini hədələyib.

Qeyd edək ki, may ayının əvvəlində Priqojin “Vaqner” döyüşçülərinin Baxmutdan çıxacağını bildirib. Onun sözlərinə görə, döyüş meydanı Rusiya Müdafiə Nazirliyinin bölmələrinə təhvil veriləcək.

Priqojin qərarını döyüş sursatı olmayanda “Vaqner” muzdlularının mənasız ölümə məhkum olması ilə izah edib.

Daha sonra Priqojin “Vaqner”in Baxmutdakı mövqelərini Çeçenistan rəhbəri Ramzan Kadırovun döyüşçülərinə verməyə hazır olduğunu bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş