"Pompey xarabalıqları ilə bu narahatedici mənzərəni qarışdırmaq olar"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabında erməni işğalı zamanı vandalizmə məruz qalmış Cəbrayıldan paylaşım edib.
AYNA-nın xəbərinə görə, paylaşımda qeyd edilib: “Vulkan püskürməsi nəticəsində dağılmış qədim Pompey xarabalıqları ilə bu narahatedici mənzərəni qarışdırmaq olar. Pompeydən fərqli olaraq, bu video 30 illik işğal zamanı Cəbrayıl şəhərində Ermənistanın ("qədim sivil ölkə" adlandırılan) qəsdən törədilən insan vandalizmini/urbisidini əks etdirir”.
