Prezidentin köməkçisi: “Azərbaycan Ermənistandan cavab gözləyir”

Aktual

20.01.2022 - 11:37

Hikmət Hacıyev: “Ermənistan regionda yaranan yeni geosiyasi reallığı düzgün qiymətləndirməlidir”

“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına sonuncu müsahibəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında duran münasibətlər barədə danışdı. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədar media nümayəndələrinin suallarını cavablandırıb”.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının təşkil edəcək məsələlər potensial sülh müqaviləsinin imzalanmasından keçdiyini qeyd etdi: “Azərbaycan Ermənistan tərəfindən cavab gözləyir. Ermənistan regionda yaranan yeni geosiyasi reallığı düzgün qiymətləndirməlidir və bundan nəticə çıxarmalıdır”.

Müəllif: Ayna.az