İlham Əliyev bir neçə ölkəyə yeni səfirlər təyin edib
Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İ.Əliyev həmçinin Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Başqa bir Sərəncamla Həsən Sultan oğlu Zeynalovu isə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər Sərəncamı ilə Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.