Salmanov elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib
Prezident İlham Əliyev Məmməd Əhəd oğlu Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, M.Salmanov Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.