Prezidentdən Elçin Babayevlə bağlı SƏRƏNCAM

Xəbərlər

27.03.2024 - 16:20

Elçin Babayev Bakı Dövlət Universitetinə rektor təyin edilib

Elçin Səfəralı oğlu Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

AYNA xəbər verir ki, bununla bağlı dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”, - Sərəncamda qeyd olunub.

Müəllif: Ayna.az