Sabah Azərbaycanda Gənclər Günüdür
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
AYNA xəbər verir ki, dövlət başçısının "Twitter" hesabındakı paylaşımında "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyə yazılıb.
Qeyd edək ki, sabah - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Gənclər Günü 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.