Prezident: “Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul edirik”

Aktual

29.04.2022 - 15:57

İlham Əliyev: "Ermənistanın bizim haqqımızda yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək"

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik ki, onlar tezliklə dərk edəcəklər ki, Azərbaycan vətəndaşları kimi onların bütün hüquqları və təhlükəsizlik təminatları var”.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

“Azərbaycan Ermənistandan fərqli olaraq, çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadığı ölkədir”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, ölkəsində onların hamısı sülh və əmin-amanlıq şəraitində yaşayır: “Azərbaycanda da erməni xalqının nümayəndələri yaşayıblar və heç vaxt problemlə üzləşməyiblər. Ona görə də Ermənistanda azərbaycanfobiya təbliğatına son qoyulmalıdır. Ermənistanın bizim haqqımızda yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”.

Müəllif: Ayna.az