Prezident bir neçə səfiri geri çağırdı, yeni səfirlər təyin etdi

Xəbərlər

18.10.2022 - 15:14

cedabet dərman SEO Xidməti

İlham Əliyev sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın bir neçə səfirlərinin geri çağırılması, yeni səfir təyinatları ilə bağlı sərəncamlar imzalayıb. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən məlumat verir.

Prezidentin Sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ölkə başçısının digər Sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda, Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər Sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Oktay Sudef oğlu Qurbanov isə Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.  Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş