Namizədlərdən heç biri səslərin 50 faizdən çoxunu toplaya bilməsə, ikinci tur seçkilər baş tutacaq
Polşada prezident seçkiləri mayın 18-də keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Parlamentinin sədri Szymon Holovnia deyib.
Spiker qeyd edib ki, namizədlərdən heç biri səslərin 50 faizdən çoxunu toplaya bilməsə, ikinci tur seçkilər baş tutacaq. Seçkilərin ikinci turunun iyunun 1-də keçirilməsi nəzərdə tutulub.