Polşa “Şərq şəfəq” əməliyyatına başlayacaq

Dünya

25.07.2024 - 13:22

cedabet dərman SEO Xidməti

Ölkə avqust ayından Rusiya və Belarusla sərhəddə hava hücumundan müdafiəni gücləndirəcək

Polşa Silahlı Qüvvələri ölkənin şərq sərhədlərində, o cümlədən Rusiya Federasiyası və Belarusla sərhəddə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə avqustun 1-dən “Şərq şəfəq” əməliyyatına başlayacaq. AYNA xəbər verir ki, bu barədə Polşa ordusunun rəsmi saytında yer alan məlumatda deyilir.

“Bu il avqustun 1-də Polşa Respublikasının hava hücumundan müdafiə sistemini gücləndirmək üçün tədbirləri davam etdirəcək “Şərq şəfəq” kod adlı yeni əməliyyat başlayır”, - məlumatda qeyd edilir.

Əməliyyatın məqsədinin “Polşanın hava məkanını onun sərhədlərini qanunsuz pozan obyektlərdən qorumaq” olacağı dəqiqləşib.

Məlumata görə, alçaq və həddindən artıq alçaq hündürlüklərdə uçan pilotsuz uçuş aparatlarına qarşı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Polşa Silahlı Qüvvələrinin məlumatına görə, əməliyyat zonasına respublikanın şərq və şimal-şərq sərhədləri daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş