Polis Gəncədə dilənçiləri saxlayıb

Xəbərlər

07.11.2023 - 13:57

cedabet dərman SEO Xidməti

Saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Qeyd olunub ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçiriblər.

Tədbir zamanı ümumilikdə 15 nəfər saxlanılaraq ərazi  üzrə polis şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş