Ukrayna Prezident Ofisi: "Onlar ölkəmizi dağıtmaq istəyirlər"
"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir".
AYNA “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”.
M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”.