Platini FIFA prezidentinə qarşı şikayət ərizəsi təqdim edib

İdman

10.06.2026 - 10:08

Platini Canni İnfantinonu böhtan və təsir alverində ittiham edib

UEFA-nın keçmiş prezidenti Mişel Platini FIFA prezidenti Canni İnfantinoya qarşı şikayət ərizəsi təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Platini İnfantinonu böhtan və təsir alverində ittiham edib. O həmçinin "Platininin 2015-ci ildə FIFA prezidenti seçilməsini əngəlləmək məqsədi daşıyan maxinasiyalar" nəticəsində dəymiş ziyana görə FİFA-ya qarşı mülki iddia qaldırmağı planlaşdırır. Fransız futbolçu bildirib ki, ona zərər verənlərin məsuliyyətdən yayınmasına imkan verməyəcək.

İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FIFA prezidenti seçilib. O təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Sepp Blatterin yerinə keçib. FIFA tarixindəki ən böyük qalmaqal 2015-ci ilin may ayının sonlarında, prezident seçkilərindən iki gün əvvəl İsveçrə polisinin ABŞ hakimiyyətinin tələbi ilə “Sürix” otelində doqquz FIFA rəsmisini korrupsiya şübhəsi ilə saxlaması ilə baş verib. Ümumilikdə 14 hazırkı və keçmiş futbol rəsmisi ittiham olunub. Korrupsiya qalmaqalı o vaxtkı FİFA prezidenti Blatterin, FİFA-nın baş katibi Jerom Valkenin və FİFA-nın vitse-prezidenti Platininin vəzifələrindən kənarlaşdırılması ilə nəticələnib.

İnfantinonun 2019-cu ildə yenidən FİFA prezidenti seçilməzdən əvvəl Platini təşkilatın prezidentini tənqid etdiyi uzun bir müsahibə vermişdi. Platini onu ikiüzlülükdə günahlandıraraq, dünya futboluna haqsız yerə rəhbərlik etdiyini iddia etmişdi.

2015-ci ilin sonunda Platini Etika Komitəsi tərəfindən səkkiz il müddətinə futboldan uzaqlaşdırıldı. Qadağanın əsasını 1998-ci ildən 2015-ci ilə qədər FİFA-ya rəhbərlik edən Blatter, 2011-ci ildə FİFA fondlarından Platininin hesablarına 2 milyon İsveçrə frankı (təxminən 1,7 milyon avro) köçürmüşdü. Daha sonra FİFA Apelyasiya Komitəsi Platininin diskvalifikasiyasını altı ilə endirdi və 2016-cı ilin may ayında İdman Arbitraj Məhkəməsi fransızın apelyasiyasını qismən təmin edərək qadağanı dörd ilə endirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş