Pezeşkian Putini İrana dəvət edib

Dünya

18.04.2025 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

İranın XİN başçısı səfərin 2025-ci il ərzində baş tutacağına ümid edir

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini İrana dəvət edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.

"İran Prezidenti cənab Pezeşkian Rusiya Prezidenti Vladimir Putini İrana ikitərəfli səfərə dəvət edib", - deyə Əraqçi bildirib.

İran Xarici İşlər Nazirliyinin başçısı bu səfərin 2025-ci il ərzində baş tutacağına ümid etdiyini bildirib. Nazir həmçinin bildirib ki, İran tərəfi səfərin vaxtının müəyyənləşdirilməsini gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş