Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

26.04.2022 - 20:19

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus əleyhinə 5 150 vaksin vurulub. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 695, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 724, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 632 746, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 338 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 834, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 216 688, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 925 nəfər təşkil edir.

Müəllif: Ayna.az