Pensiyaların yeni qaydada hesablanması: vahid indeksləşdirmə nə vəd edir?

Cəmiyyət

10.10.2022 - 14:46

Rəşad Həsənov: “Xüsusi şərtlərlə verilən pensiya ümumi şərtlərlə ödənilən pensiya kimi ildə bir dəfə indeksləşdiriləcək”

Bu gün pensiya qanunvericiliyində dəyişikliklər məsələsi cəmiyyətdə qızğın müzakirə mövzusudur. “Əmək pensiyaları haqqında” qanuna yeniliklər paketi parlamentdə müzakirə olunur. Ənənəvi qaydada, əhaliyə pensiyaların artırılması, eləcə də daha rahat və vahid indeksləşdirmə prosesi vəd edilir.

Deputatların fikrincə, yeni indeksləşdirmə parametrləri üçün bir çox məqsədlər var, lakin iki əsas məqam daha çox xalq tərəfindən ifadə edilir. Birincisi, bu, pensiyanın tərkibinə birdəfəlik yardımın daxil edilməsidir. Yadında olmayanlar üçün xatırladaq ki, söhbət 200 manat bonusdan gedir ki, o, il ərzində pensiyaçılara üç aydan bir 50 manat olmaqla ödənilirdi. Beləliklə, gələn ilin yanvarından bu pul pensiyaya əlavə olunacaq və onun sığorta hissəsi kimi indeksləşdiriləcək.

Praktikada belə görünür: aylıq pensiya ödənişlərinə 16,67 manat əlavə olunacaq (200 manatı 12 aya bölürük). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin orta əmək pensiyası ilə bağlı məlumatını yuvarlaqlaşdıraraq, haqqında çox danışılan 400 manat məbləğində əlavələr nəticəsində müavinətlər bu məbləğdə - 417 manatadək artacaq və orta nominal əmək haqqının faiz artımına yenidən baxılacaq.

Deməli, ümid bu artımadır, çünki ölkəmizdə nominal əmək haqqının artırılması üçün pensiyanın sığorta hissəsinə yenidən baxılır, sonradan pensiya kapitalı inflyasiya səviyyəsinə uyğunlaşdırılır. Odur ki, ələ alınan məbləğ orta nominal əmək haqqının artımından asılıdır və Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 7 ayda 14 faiz artıb. Və belə dinamika davam edərsə, o zaman pensiyaçılar kütləsinə yanvar ödənişləri daha 14-15 faiz artacaq və olmasa, ilin sonunda rəsmi statistika cüzi nəticə verəcək...

Təbii ki, belə bir rezonans fonunda gələcəyin parlaq perspektivlərinə əminlik verən deputatlar da yox deyil.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mətbuata açıqlamasında deyib ki, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklik nəticəsində pensiyaların hesablanması zamanı yeni indeksasiya üsulu tətbiq olunacaq: “Bu il xüsusi şərtlərlə pensiyanın orta aylıq məbləği 726 manat təşkil edib. Gələn il pensiya artımı aşağıdakı kimi hesablanacaq: 723 + 10% aylıq artım 15%-ə vurulur. Beləliklə, artım 192,4 manat təşkil edəcək”.

15 faizin yaranma təbiəti başadüşüləndir - deputat bu ilin yeddi ayı üçün orta nominal əməkhaqqının faiz artımını nəzərdə tutur. Amma bu rəqəmə müraciət etmək tezdir, çünki yeni ilə qədər maaşların artım dinamikası dəyişə bilər.

Daha sonra bildirilir ki, pensiyaların verilməsinin unifikasiyası aparılır. Bizdə elə kateqoriyadan olan insanlar var ki, pensiyaya çıxmazdan əvvəl əsas maaşından əlavə müxtəlif müavinətlər də alırdılar. Bu, əsasən, hərbi qulluqçulara, polis əməkdaşlarına, dövlət qulluqçularına aiddir. İndi bütün bu müavinətlər əməkhaqqına daxil ediləcək, pensiyalar isə ümumi rəqəmlər əsasında hesablanacaq.

Yaranmış vəziyyəti AYNA-ya şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, mövcud qaydalar çərçivəsində ümumi əmək pensiyaları indeksləşdirilir: “Xüsusi şərtlərlə pensiyaya çıxanların pensiya yaşının artırılması ilə bu sektorda orta aylıq əmək haqqının artırılması arasında əlaqə var. Yəni, mövcud qanunvericiliyə əsasən, bu kateqoriyaya aid olan şəxslər təqaüdə çıxıblarsa və işləmirlərsə və işlədikləri sahədə əməkhaqqı 2-3 ildən sonra artırsa, bu artımlar nəzərə alınmaqla əmək haqqının məbləği müəyyən edilir və pensiya yenidən hesablanır. Digər kateqoriyalardan olan şəxslərin pensiyaları isə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq ildə bir dəfə indeksləşdirilir”.

“Dəyişikliklərdən sonra xüsusi şərtlərlə verilən pensiya ümumi şərtlərlə ödənilən pensiya kimi ildə bir dəfə indeksləşdiriləcək. Eyni zamanda, belə şəxslər üçün əmək haqqının artımına bağlı pensiya hesablamalarına xitam verilir”, - deyə həmsöhbətimiz bildirib.

Təbii ki, bütün bu nüanslar vətəndaşları az narahat edir. İnsanları bir şey maraqlandırır - pensiyaların nə qədər artacağı və indeksasiyanın yaşayış minimumunun artımını birtəhər ödəyib-ödəməyəcəyi. Ona görə də pensiyalara yenidən baxılmasını qiymət artırmına bağlamaq daha məntiqlidir. Son vaxtlara qədər bizdə belə idi, lakin yanaşmalar dəyişdi: indi əldə edilən pensiyanın sığorta hissəsi orta nominal əmək haqqının artmasına uyğun indeksləşdirilir.

O da məlumdur ki, ölkədə əmək haqqının artım templəri qiymət sıçrayışına çatmır (statistik yox, real), amma bizim statistika şəraitində bütün bunların heç bir əhəmiyyəti yoxdur. Qiymət artımı ilə bağlı məlumatların, eləcə də digər sosial əhəmiyyətli göstəricilərin reallıqdan uzaq olduğunu müstəqil analitiklər uzun illərdir deyirlər.

Beləliklə, effektiv indeksləşdirmə mümkündür, ancaq qiymət artımı haqqında etibarlı məlumat olması, pensiya və sosial müavinətlərin yenidən hesablanması üçün təsdiqlənmiş rəqəmlərin əsas olaraq, götürülməsi şərti ilə. Qalan bütün danışıqlar boş-boşuna havanı silkələmdən başqa bir şey deyil...

Müəllif: Tanya Samsonova