"Terrorçulara məxsus hədəflər aşkarlanaraq məhv edilir"
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında daha 8 PKK terrorçusu zərərsizləşdirilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçular “Pəncə-kilid” antiterror əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdiriliblər.
"Əməliyyatlar davam edir. Terrorçulara məxsus hədəflər aşkarlanaraq məhv edilir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İraqın şimalında “Pəncə-kilit” şərti adı altında aparılan əməliyyata bu il aprelin 18-də start verilib.