Pele yenidən xəstəxanaya yerləşdirilib

İdman

20.04.2022 - 02:52

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda əfsanəvi oyunçunun həyatı üçün təhlükə yoxdur

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

 

Keçmiş futbolçu bir neçə ay əvvəl kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı klinikalardan birinə yerləşdirilib.

Bundan əvvəl, 2021-ci ilin sentyabrında 81 yaşlı Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub.

Eyni zamanda bildirilir ki, hazırda əfsanəvi oyunçunun həyatı üçün heç bir təhlükə yoxdur, o, klinikada mütəxəssislərinin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş