"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxdı

İdman

26.01.2020 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Matçda hesabı “Çelsi”nin hücumçusu Mişi Batşuayi açıb

 

İngiltərə kubokunun 1/8 final matçında "Hall Siti" Londonun "Çelsi”ni klubunu qəbul edib.

 

AYNA xəbər verir ki, görüş Kinqston-apon-Hallın "Kinqston Kommunikeyşn" stadionunda baş tutub və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hesabı “Çelsi”nin hücumçusu Mişi Batşuayi açıb. O, 6-cı dəqiqədə rəqibin qapısından keçirib. İkinci hissənin ortalarında Fikayo Tomori London komandasının üstünlüyünü artırıb. Qarşılaşmanın 78-ci dəqiqəsində "Hall Siti"nin hücumçusu Kamil Qrosiski hesab arasındakı fərqi azaldıb.

 

Beləliklə “Çelsi” İngiltərə kubokunun 1/8 finalına çıxıb. “Hall Siti" turniri tərk edib.

Müəllif: Ayna.az