Paşinyanla Blinken arasında telefon danışığı olub

Xəbərlər

15.11.2022 - 11:52

cedabet dərman SEO Xidməti

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edilib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparıblar.

Tərəflər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşünü müzakirə ediblər.

Blinken ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş