Paşinyanın KTMT ilə bağlı tənqidinə Putindən CAVAB

Aktual

24.11.2022 - 13:27

“Ümid var ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkün olacaq”

Ermənistanin Baş naziri Nikol Paşinyan dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclasında qurumu tənqid edib. AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Məlumata görə, Paşinyan Azərbaycanı Ermənistana “hücumda” və “təcavüzdə” ittiham edib.

“Ermənistan KTMT-də sədrliyini başa çatdırır. Yubiley ili olsa da, Ermənistan üçün heç də yubiley deyildi. İki il ərzində KTMT-yə üzv dövlət Azərbaycan tərəfindən ən azı üç dəfə hücuma məruz qalıb və biz faktiki olaraq hələ də həmin təcavüzlə bağlı KTMT-dən heç bir cavab almamışıq. Bu, KTMT-nin imicinə böyük zərbədir”, Paşinyan vurğulayıb.

Baş nazir bunu "Ermənistanın KTMT-yə sədrliyinin böyük uğursuzluğu" adlandırıb.

İclasda iştiral edən Rusiya Prezidenti Vladimir Putin isə Paşinyana belə cavab verdib: “Ümid var ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkün olacaq”.

Müəllif: Ayna.az