“Konstitusiya dəyişiklikləri və xüsusən də prezident üsul-idarəsinə keçid məsələsi gündəmdədir"
Paşinyan Baş nazir olmaq istəmir, prezident olmaq istəyir. AYNA xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.
Düşmən ölkə mətbuatının yazdığına görə, Baş nazir Nikol Paşinyan artıq bununla bağlı qanuni dəyişiliklərin icrasına başlayıb.
“Konstitusiya dəyişiklikləri və xüsusən də prezident üsul-idarəsinə keçid məsələsi gündəmdədir. Dəfələrlə bildirmişik ki, bu məsələ indiki hakimiyyətin gündəmində qalır. Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib", - deyə erməni saytlarında qeyd edilib.