Paşinyan istefa verməyəcək

Dünya

21.09.2023 - 11:31

Baş nazir nəyin bahasına olur-olsun, hakimiyyətdə qalacağını açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməyəcəyini açıqlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Bildirilir ki, İrəvanın Respublika meydanında toplaşan etirazçıların hökumət əleyhinə etiraz aksiyası fonunda Paşinyan ailə üzvlərini paytaxtdan çıxarıb və daha sonra bir qrup tərəfdarı ilə görüşüb.

Paşinyan komandasına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalacaq və istefa verməyəcək.

Müəllif: Ayna.az