“Qeydə alınan bütün seçki pozuntularına görə cavab verməli olacaqsınız"
“Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsi ilə bağlı vaxtından əvvəl verdiyi açıqlamalar Mərkəzi Seçki Komissiyasına təzyiqdir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" seçki blokunun rəhbəri İşxan Saqatelyan “Facebook”da yazıb.
"Seçki nəticələri hesablanmamışdan əvvəl sizin açıqlamalarınız sadəcə Mərkəzi Seçki Komissiyasına təzyiq göstərmək və hakimiyyəti ələ keçirmək üçün atılan addımlardır. Seçilməsəniz də, məhkəmə orqanlarına təlimat verməzdən əvvəl qeydə alınan bütün seçki pozuntularına görə cavab verməli olacaqsınız", - deyə o yazıb.
Onun sözlərinə görə, “Mərkəzi Seçki Komissiyası həmin vaxt seçki məntəqələrinin təxminən dörddə birindən məlumatları emal edib və səslərin əhəmiyyətli bir hissəsi hələ sayılmamışdı”.
Qeyd edək ki, 8 iyun gecəsi Paşinyan səslərin 10 faizi sayıldıqdan sonra partiyasının qələbəsini elan edərək, "Vətəndaş Müqaviləsi" Partiyasının təkbaşına hökumət quracağını vurğulayıb.
Qeyd edək ki, 8 iyun tarixində Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının səslərin 49 faizdən çoxunu aldığını açıqlayıb. Bu gün saat 09:20-ə olan məlumata görə, hakim partiya təxminən 715.000 səs toplayıb ki, bu da 49,82 faiz edir.
İlkin məlumatlara görə, ikinci yeri 23,33 faiz səslə rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, tutur. Üçüncü yeri isə 9,95 faiz səslə keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" bloku tutur.