“Səhv addım atılarsa, bu minalanmış sahədə partlayacağımızı ictimaiyyətə çatdırmağa borcluyam”.
“Bu gün biz sanki minalanmış tarladayıq və buradan çıxmaq üçün çox yol yoxdur. Bu minalanmış sahədən yalnız bir çıxış yolu var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” Partiyasının Araqatsotn vilayətində keçirilən təşəbbüskar qurultayında deyib.
“Hakim siyasi gücün vəzifəsi vəziyyəti qiymətləndirmək, bu vəziyyəti ictimaiyyətlə bölüşmək, bu vəziyyətdən çıxmaq və ya bu vəziyyətdən çıxmaq yollarını göstərməkdir. Həmçinin bu yolun risklərini göstərmək, bunları idarə etmək üçün mümkün üsul və ya vasitələri göstərməkdir”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib: “Səhv addım atılarsa, bu minalanmış sahədə partlayacağımızı ictimaiyyətə çatdırmağa borcluyam”.