Pakistan yeni yardım paketi üçün BVF-yə müraciət edəcək

Dünya

10.04.2024 - 14:49

Yardımının həcmi təşkilatın baxış missiyası tərəfindən müəyyən ediləcək

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının aprelin ortalarında Vaşinqtonda keçiriləcək yaz görüşü zamanı Pakistan BVF yeni güzəştli maliyyə yardımı paketi üçün sorğu təqdim edəcək.

AYNA xəbər verir ki, bu barədə "The News International" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

İqlim dəyişikliyi nəzərə alınmaqla BVF-nin yeni güzəştli yardımının həcmi təşkilatın baxış missiyası tərəfindən müəyyən ediləcək.

Müəllif: Ayna.az