Pakistan səfiri Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər

07.11.2022 - 20:06

cedabet dərman SEO Xidməti

Pakistan səfiri: “Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi"

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

“Əziz qardaş və bacılar, Pakistan xalqı adından sizləri salamlayıram. Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 8 Noyabr Azərbaycan tarixində uğurlu günə çevrildi.

Bu gün, Azərbaycan xalqının, öz vətəninin müdafiəsi və işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini xatırladır.

Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə haqqın batil üzərində qələbəsi oldu. Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinin və işğalçının gec-tez reallıqla üzləşməli olduğunun sübutu idi.

Məmnuniyyətlə bildirmək istəyirəm ki, Sizin qələbə gününüz Pakistanda da qeyd olunur. Pakistanda Azərbaycan bayraqları dalğalanır. Pakistan hökuməti və xalqı bu xoş gündə bütün Azərbaycan xalqına uğurlar arzulayır.

Pakistan Azərbaycanın bütün regionda sülh, sabitlik və rifahı təşviq etmək səylərini dəstəkləməyə davam edəcək. Yaşasın Pakistan-Azərbaycan dostluğu”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş