Bilal Haye “Twitter” hesabında paylaşım edib
“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”.
AYNA xəbər verir ki, bu sözləri Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabındakı paylaşımında qeyd edib.
Diplomat bildirib: “Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik. Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”.