“Qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Abşeron və Xaçmaz rayonlarının ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Amil Əzimov, Cəlilabad rayon sakini Asim Abdullayev və Xaçmaz rayon sakini Şəhriyar İsayev olduğu müəyyən edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.