Ötən gün bir nəfər tüstüdən zəhərlənib

Xəbərlər

02.03.2023 - 13:37

cedabet dərman SEO Xidməti

Son sutka ərzində 60 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 60 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində üç nəfər xilas edilib, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş