Ordumuzun Laçında yerləşən bölmələri artilleriya atəşinə tutulub

Aktual

26.10.2020 - 09:01

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

 

Oktyabrın 26-da saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında qeyd edilib ki, oktybarın 26-da saat 08:05-də Ermənistan silahlı qüvvələri Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

 

Bununla yanaşı Ermənistan hərbçiləri tərəfindən Tərtər şəhəri və rayonun kəndləri artilleriya atəşinə tutulub.

Müəllif: Ayna.az