İştirakçılar imtahanın nəticələrini 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər
Oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
DİM-dən AYNA-ya bildirilib ki, imtahanda 11 nəfər iştirak edib. İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının oktyabrın 19-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.