COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

02.12.2021 - 17:22

Bir gündə "buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı 27 414 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

Müəllif: Ayna.az