Oğuzda qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

02.09.2023 - 12:54

cedabet dərman SEO Xidməti

Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub

Sentyabrın 1-də saat 23 radələrində Oğuz rayonunun Bayan kənd sakini 1983-cü il təvəllüdlü Nuranə Məsimovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən keçmiş əri, 1972-ci il təvəllüdlü Eyvaz Məmmədov saxlanılıb.

Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş