Köşkdən 2000 manat dəyərində tütün məmulatları, piştaxtadan 478 manatlıq quru meyvələr oğurlanıb
Yasamal rayonu ərazisində bir köşkdən 2000 manat dəyərində tütün məmulatları, bir piştaxtadan isə 478 manat dəyərində quru meyvələr oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.