Odessa PUA-ların hücumuna məruz qalıb

Dünya

25.09.2022 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib

Sentyabrın 25-də səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Cənub Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

"Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.

Vurğulanıb ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş