O, dünyanın diqqətini Azərbaycana yönəltməyi bacardı

Aktual

24.12.2021 - 07:16

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan beynəlxalq aləmin qarşısına tam fərqli bir ölkə kimi çıxdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 yaşı tamam olur. “İnsana sözünə görə deyil, əməlinə görə qiymət verilir” prinsipini rəhbər tutan AYNA konkret misallarla Azərbaycan rəhbərinin fəaliyyətinin miqyasına işıq tutmağa çalışıb.

İlham Əliyevin sözlərinə görə, o, heç vaxt ad gününü qeyd etməyib, bu günü məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşlərdə keçirir, ötən il isə Zəngilan və Qubadlı rayonlarında olarkən 59-cu doğum gününü əsgərlərlə birgə qeyd edib. Hətta, ad günündə də Azərbaycan Prezidenti öz davranışı ilə xalqını Vətən naminə daha çox iş görməyə ruhlandırır.

Ötən il Azərbaycan xalqı üçün çox əlamətdar oldu. Tarixi ədalət yerini tapdı, Azərbaycan torpaqlarından erməni qəsbkarlarının ayağı kəsildi. Azərbaycanın ədalətli mövqeyinin sonsuz inadla müdafiəsi sayəsində, nəhayət ki, torpaqlarımızın işğaldan azad edilməsinin çoxdan gözlənilən işığı parladı.

Hər bir azərbaycanlının bu əziz və əlçatmaz arzusu İlham Əliyevin siyasəti sayəsində gerçəkləşdi. Əvvəllər işğal olunmuş torpaqların qaytarılmasının Azərbaycan liderinin həyatının bir növ müqəddəratı və məqsədi olduğunu söyləməkdən çəkinməyəcəyik. Ölkə üçün taleyüklü məqamlarda İlham Əliyev Azərbaycan xalqının Böyük Qələbəsini səylə və inadla təmin etdi. Çoxsaylı xarici səfərlər, beynəlxalq görüşlər və çıxışlar, xarici iqtisadi əlaqələrin dərinləşməsi, ordu quruculuğu - bütün bunlar bir-biri və onun həyatının ən ali məqsədi ilə - Qarabağın çoxdan gözlənilən işğaldan azad edilməsi ilə sıx bağlıdır.

Ali Baş Komandan azərbaycanlıları onilliklər boyu sağalmaz yara olan ata-baba yurdlarının həsrətindən xilas etdi. Bundan sonra dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə fəxr edirlər. O Vətənlə ki, Prezidenti Şuşada Azərbaycan muğamının səslənməsi üçün titanik səylər göstərib, Qarabağın işğaldan azad edilməsini müstəqilliyimizin əsas nailiyyətlərindən birinə çevirib.

Azərbaycan dünya qarşısına tam fərqli bir ölkə kimi çıxdı. Siyasi iradəsini həyata keçirmək, müstəqil və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu gücləndirmək üçün böyük təzyiqlərə baxmayaraq, təkbaşına torpaqlarını azad etməyə, iqtisadi layihələr həyata keçirməyə nail olub.

O, dünyanın gözünü Azərbaycana çevirməyi bacardı. Kiçik ölkə həm də dünyaya COVID-19 pandemiyasına qarşı mübarizədə aparıcı rol oynadığını, maliyyə imkanları əhalisinin əksəriyyəti üçün peyvənd ala bilməyən dövlətlərə yardım göstərdiyini nümayiş etdirdi.

Nailiyyətlərin siyahısını davam etdirmək olar. Çünki bunlar İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətinin yalnız son nailiyyətləridir.

Və biz əminik ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi dövlət quruculuğuna doğru uğurlu yol qət edəcək!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş