Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.
AYNA.AZ “Vanguard”a istinadən xəbər verir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.
Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.