Hadisə nəticəsində 50-dən çox insan öldürülüb
Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib. AYNA xarici mediaya istinadən bildirir ki, 50-dən çox insan hücumun qurbanı olub.
Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
“Politics Nigeria” portalı 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat yoxdur.
Nəlumatda qeyd edilir ki, kilsəyə soxulan beş nəfər silahlı şəxs ibadət edənlərə atəş açıb və keşişi tutmağa cəhd göstəriblər. Keşiş müqavimət göstərdiyindən hücum edənlər ibadət otağına bomba atıblar.