ABŞ Azərbaycana maliyyə yardımı edib

ABŞ Azərbaycana maliyyə yardımı edib

Ölkəmizə tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayrılıb

 

COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə AYNA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Məlumata görə, vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.

 

Qeyd edək ki, son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.

Müəllif: Ayna.az      28 Mart 2020 14:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin