Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Xəbərlər

08.05.2024 - 16:09

Habil İsmayılov Lənkəranda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonunun Kərgəlan kənd qəbiristanlığında dəfn edilib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb.

Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
Müəllif: Ayna.az