Amerikalı konqresmen Netanyahunun həbsinə çağırış edib

Dünya

08.05.2024 - 11:56

Raşida Tlaib: “Onlar nəhayət bu soyqırıma görə cavabdeh olmalıdırlar”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raşida Tlaib Beynəlxalq Cinayət Məhkəməsini İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq hüququ pozduğuna görə həbs etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Mən Beynəlxalq Cinayət Məhkəməsini Netanyahu və yüksək vəzifəli İsrail məmurları üçün tezliklə həbs orderləri verməyə çağırıram. Onlar nəhayət bu soyqırıma görə cavabdeh olmalıdırlar. Çünki bunu soyqırımla bağlı konvensiyanın sənədləşdirilmiş pozuntuları beynəlxalq hüquqa əsasən tələb edir”, deyə konqresmen bildirib.

Tlaib deyib ki, İsrail əsgərləri Qəzza sakinlərini ağılasığmaz insan əzablarına məruz qoyub: “Onları qaçmağa və anklavın cənubundakı Rəfahda başlatdığı əməliyyatla yeməksiz, təmiz su və dərmansız şəkildə çadırlarda yaşamağa məcbur edib”.

Konqresmen qeyd edib ki, ABŞ öz hərbi yardımı ilə bu vəhşiliklərə razılıq verib: “Mən İsraili maliyyələşdirməyi dayandırmağa çağırıram”.

Bundan əvvəl BMT İsrailin Rəfah əməliyyatının başlanması, Qəzza zolağının boşaldılması zamanı beynəlxalq hüququn bütün beş normasını pozduğunu bəyan edib.

Müəllif: Ayna.az