Ərdoğandan Rusiya və İrana müraciət

Ərdoğandan Rusiya və İrana müraciət

"Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya və İrana müraciət edib.

 

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, "Mən yenidən Rusiyaya və İrana müraciət edirəm - Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur", - deyə dövlət başçısı bildirib.

 

Prezident vurğulayıb ki, Türkiyə rəsmi Ankaranın qan tökülməsinin qarşısının alınmasındakı həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir.

 

“Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir", - dövlət başçısı deyib.

 

“Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşşar Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”.

Müəllif: Ayna.az      3 Mart 2020 06:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin