“Dəniz Kuboku”na hazırlıq gedir

“Dəniz Kuboku”na hazırlıq gedir

Müsabiqənin planlaşdırılması üzrə işçi görüşü keçirilib

 

Fevralın 26-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkili məqsədi ilə iştirakçı ölkə orduları nümayəndələrinin işçi görüşü keçirilib.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər və görüləcək işlər müzakirə edilib. Sonda yekun protokol imzalanıb.

Müəllif: Ayna.az      26 Fevral 2020 18:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin