“Seçki prosesinin ədalətli və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülüb” – İLHAM ƏLİYEV

“Seçki prosesinin ədalətli və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülüb” –     İLHAM ƏLİYEV

Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib.

 

Bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb, bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dəyərləndirilib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.

Müəllif: Ayna.az      30 Yanvar 2020 14:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin