Yaşıl çayın faydaları

Yaşıl çayın faydaları

Yaşıl çayın qəbulu zamanı orqanizmdə piylərin əriməsi prosesi sürətlənir 

 

Gün ərzində azı bir stəkan yaşıl çay qəbulu qlaukomanın inkişaf riskini azalda bilər.

 

AYNA xəbər verir ki, çay tərkibindəki bioloji aktiv maddələrlə zəngindir. Bunlardan bəzilərinə flavonoid və katexinlər kimi güclü antioksidant olmayan polifenollar daxildir. Bu qidalandırıcı maddələr orqanizmimizdəki zərərli sərbəst radikalları azaltmağa kömək edir, həmçinin bizim hüceyrələrimizi və molekullarımızı zədədən müdafiə edir.

 

Bu içki beynin fəaliyyətini yaxşılaşdırır. Çayın tərkibində olan lazımi qədər kofein bədənə gümrahlıq qatır, sizi əsəbiləşməyə məcbur etmir. Yaşıl çay, həmçinin L-teanin aminoturşusu ilə zəngindir. Bu maddə beyində dofamini artırmağa və alfa dalğaları əmələ gətirməyə qadirdir. Alfa dalğalar isə orqanizmi sakitləşdirir.

 

Yaşıl çayın qəbulu zamanı orqanizmdə piylərin əriməsi prosesi sürətlənir və fiziki iş qabiliyyəti yüksəlir. Həmçinin maddələr mübadiləsi artır və piylərin qısa vaxt ərzində əriməsi təmin edilir.

 

Yaşıl çayın tərkibindəki antioksidantlar bəzi növ xərçəngin əmələgəlmə riskini azaldır, süd vəzisi, prostat və bağırsaq xərçəngi kimi geniş yayılan xəstəliklərə qarşı mübarizə aparır.

Müəllif: Ayna.az      9 Yanvar 2020 06:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin