Lənkəranda evdən iki “İphone” oğurlanıb

Xəbərlər

01.05.2024 - 11:35

Bir nəfər şübhəli şəxs saxlanılıb

Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib.

Müəllif: Ayna.az