Birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. AYNA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilib. Şirkət Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir.
Nazir vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.
Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.