Nazir: “Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir”

İqtisadiyyat

23.12.2020 - 13:06

Mikayıl Cabbarov: “Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin komitə iclasında gələn ilin dövlət büdcəsi haqqında müzakirə zamanı, işğaldan azad edilən ərazilərlə bağlı iqtisadi planlardan danışıb. AYNA-nın xəbərinə görə, nazir bildirib ki, işğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi qarşıya vacib vəzifə kimi qoyulub.

 

“Bu il Azərbaycanın tarixində Qələb ili kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində qəlbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu. Yola saldığımız il ağır olsa da, düşünülmüş siyasət nəticəsində stabillik qorunub saxlanılıb. Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”, - deyə nazir qeyd edib.

 

Cabbarov vurğulayıb ki, qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib: “Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsiridir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb”.

Müəllif: Ayna.az